qətl etmək
qəza
OBASTAN VİKİ
Qətlə yetirilmiş səfirlərin siyahısı
1926-cı il fevralın 5-də Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten qətlə yetirilib.1927-ci il 7 iyun tarixində isə SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov öldürülüb. 2003-cü il martın 28-də Fil Dişi Sahilində Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Məhəmməd Əhməd Rəşid öldürülüb. 2003-cü il dekabrın 29-da Burundi paytaxtı Bujumburanın 40 kilometrliyində Vatikan səfiri, milliyətcə irlandiyalı Maykl Kortni silahlı hücumla qətlə yetirilib. 2005-ci il iyulun 2-də Misirin İraqdakı səfiri İhab əş-Şərif Bağdaddakı evindən qaçırılmışdı. Ölkədəki radikal qruplaşmalardan biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək, diplomatı edam etdiklərini açıqlamışdı. 2005-ci il 27 iyulda Əlcəzairin İraqdakı səfiri Əli Belayrusi və attaşe İzəddin Belkadi Bağdadda oğurlanaraq edam olunub. 2008-ci il sentyabrın 20-də Pakistanın paytaxtı İslamabadda Mariott mehmanxanası partladılıb. Hadisə zamanı 53 nəfər, o cümlədən Çexiyanın bu ölkədəki səfiri İvo Jdyarek həlak olub. 2012-ci il iyulun 27-də Venesuelanın Keniyadakı səfiri xanım Olqa Fonseka evində öldürülüb.
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı — İraqda peşə vəzifəsini yerinə yetirmiş əcnəbi media orqanlarının nümayəndələri müxtəlif qruplar tərəfindən fərqli səbəblərə görə edam edilmiş, bəzisi qaçırılaraq öldürülüb, bəzisi də peşə vəzifəsini yerinə yetirərkən baş vermiş partlayışlar nəticəsində həyatlarını itirmişlər.
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi (türkcə:Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi) — ermənilərin İğdır bölgəsindəki türklərə qarşı həyata keçirdiyi soyqırıma həsr olunmuş abidə-muzey kompleksi. == Haqqında == Türkiyənin İğdır bölgəsində yerləşən kompleksin tikintisinə 1 avqust 1997-ci ildə başlanılmış və 5 oktyabr 1999-cu ildə sona çatdırılmışdır. Abidənin təməli İğdır valisi Şəmsəddin Uzun tərəfindən atılmışdır. 43.5 metr hündürlükdə olan abidə Türkiyədəki ən hündür abidədir.Abidənin açılış mərasimində Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl və dövlət naziri Ramazan Mirzəoğlu da iştirak etmişdir. Memorialın açıqlanan məqsədi I Dünya Müharibəsi və Ermənistan-Türkiyə müharibəsi (1920) zamanı “ermənilərin İğdır vilayətində törətdikləri qırğınları və zülmləri anmaqdır”. == Memarlığı == 350 m² qapalı muzey və 36 m hündürlüyündə 5 ədəd qılıncdan ibarətdir. Ətrafı yaşıl sahə və park olaraq inşa edilmişdir. Ümumilikdı 14.000 m² sahədən ibarətdir. Yerdən yüksəkliyi 43.5 metrdir. Buna görə də, Türkiyənin ən hündür abdəsidir.

Значение слова в других словарях

альманди́н враги́ня деды́ кизи́левый навалоотбо́йщик недопла́та правило прорыхля́ть торгси́н учетвере́ние фальши́винка формотво́рчество биокибернети́ческий конфедера́тка обоня́ние пузыреви́дно хлори́роваться godhood linotypist machine proof micromachining San Antonio буй дворецкий завтрашний